NATO-nun qərargahında koronavirus aşkar edildi

Oxundu: 94
NATO-nun qərargahında koronavirus aşkar edildi

Türk mətbuatı xəbər verir ki, Belçikanın Mons şəhərində NATO-nun Avropa Müttəfiq Qüvvələrinin Ali Qərargahında çalışan bir şəxsdə və ailəsində yeni növ koronavirus (Kovid-19) aşkar edilib.

NATO rəsmisinin AA müxbirinə verdiyi açıqlamaya görə, Kovid-19 Belçikadan kənarda 3 nəfərdə aşkarlanıb.

 

Heyətin bir işçisində və ailəsində yoluxma halı müəyyən olunandan sonra bu insanlar SHAPE-yə girmədən karantinə alınıb.


Təhlükə səviyyəsi SHAPE-də "aşağı" olduğu bildirilsə də, vəziyyətin yaxından izlənildiyi qeyd edilib.


Digər tərəfdən, NATO-nun Brüsseldəki qərargahında hər hansı bir yoluxma halının olmadığı bildirilir.


NATO-nun Kovid-19 ilə əlaqəli vəziyyəti yaxından izlədiyi və hərbi səhiyyə işçilərinin son dərəcə yüksək tədbir aldıqları deyilib.


Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, NATO qərargahında profilaktik tədbirlərin görüldüyü və bəzi qrup halında görüşlərin bir müddət təxirə salındığı açıqlanıb./sonxeber.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system