Macarıstan qorxu içində: Türkiyədən yüz minə qədər suriyalı qaçqın gözlənilir

Oxundu: 91
Macarıstan qorxu içində: Türkiyədən yüz minə qədər suriyalı qaçqın gözlənilir

Macarıstan yaxın günlərdə yüz minə qədər suriyalı qaçqın axınından ehtiyat edir.

Bu açıqlamanı ölkənin Xarici İşlər naziri Peter Siyyarto verib. Macarıstan diplomatiyasının rəhbəri miqrantların AB-yə Türkiyədən gələcəyini bildirib.

 

Nazir bu barədə Serbiya hakimiyyət orqanlarına xəbərdarlıq edərək Budapeştin öz sərhədlərini qoruyacağını vurğulayıb və Belqrada bu işdə kömək etməyə hazır olduğunu bildirib. Siyyarto bu barədə Serbiya milli televiziyasının efirində deyib.


"Nə qədər təzyiq olursa olsun, sərhədimizi qoruyacağıq. Çünki bu, dövlətin borcudur. Sərhədlərin və əhalimizin təhlükəsizliyi hər şeydən əvvəl gəlir", - nazir Siyyarto deyib./Qaynarinfo/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system