Kreml Tiflislə əlaqəni bərpa etmək istəyir

Oxundu: 110
Kreml Tiflislə əlaqəni bərpa etmək istəyir

Moskva Gürcüstanla aviauçuşların yenilənməsində maraqlıdır.

İslaminSesi xəbər verir ki, bunu Moskvada Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko ilə görüşdən sonra jurnalistlərə açıqlamasında Gürcüstanın eks-prezidenti Nino Burcanadze deyib.

 

“Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılması, iki ölkə arasında aviaəlaqələrin bərpasında maraqlı olduğunu açıqlayıb. Tiflisin Rusiya ilə münasibətlərin normallaşdırılmasına daha məsuliyyətli yanaşma nümayiş etdirməsi vacibdir”, – deyə o bildirib.

 

Burcanadze Rusiyanın Gürcüstandakı siyasi proseslərə ölkənin daxili işi kimi yanaşdığını açıqlayıb.

 

Qeyd edək ki, Burcanadze Moskvaya dekabrın 3-də gedib. Onun səfərinin 5 gün davam edəcəyi gözlənilir./dialoq.info/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system