Hacı İlham Əliyevin Hüquqlarını Müdafiə Komitəsi bəyanat verib

Oxundu: 690
Hacı İlham Əliyevin Hüquqlarını Müdafiə Komitəsi bəyanat verib

Bu gün AİP sədr əvəzi Hacı İlham Əliyevin hüquqlarının müdafiəsi ilə əlaqədar Müdafiə Komitəsi təsis edilib. Qurum ilk toplantısında İslam aliminin qanunsuz, vətənə xəyanət maddəsi ilə ittiham olunmasının məqsədli şəkildə, İslam dininə qarşı islamofob yanaşmaqla baş verdiyini bəyan edərək, ədalətsiz həbsə qarşı etiraz bəyanatı qəbul edib.

 

AİP –in mətbuat xidmətindən “İslaminSesi” nə daxil olan bəyanatda deyiilir:  “Fevral ayının 29-da Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən yaşadığı evindən götürülərək həbs olunan AİP sədr əvəzi Hacı İlham Əliyev haqqında mart ayının 2-də Səbayıl məhkəməsi tərəfindən dörd aylıq həbsqətimkan tədbirinin seçilməsini ağlasığmaz, qeyri-qanuni, məntiqsiz addım hesab edirik.

 

Tanınmış İslam aliminin, siyasi partiya rəhbərinin Vətənə xəyanət ittihamı ilə saxlanmasını və həbs olunmasını məqsədli şəkildə baş verdiyinə şübhə etmirik. Bunu eyni zamanda İslam dininə qarşı islamofob yanaşmanın bir təzahür forması kimi qiymətləndirir, belə haqsızlıqlara qəti etirazımızı bildiririk. Bu gün dünyanın güc mərkəzləri erməni təcavüzünə məruz qalan, torpaqları işğal olunan, parçalanan ölkəmizə və müsəlman xalqımıza ikili standartlarla yanaşılmasının şahidi oluruq.

 

Hesab edirik ki, qəsbkara qarşı heç bir beynəlxalq təzyiqin olmaması və ya əksinə dəstəklənməsi bir tərəfdən xristian təəssübkeşliyidirsə, digər mühüm səbəb isə ölkədə insan haqlarının ən kobud şəkildə pozulmasıdır.

 

Cəmiyyətdə cinayətsiz cəzaların tətbiqi, cinayətkarların dövlət idarələrində yerləşməsi, azadlıqda dolaşması xalqımızın və dövlətimizin beynəlxalq aləmdə imicinə sağalmaz yara vurur. Bir daha bəyan edirik ki, Azərbaycan xalqının dərin fitnə-fasadın yayıldığı hazırkı şəraitdə təqvalı, namuslu, Vətənimizi canından əziz tutan insanlara böyük ehtiyac duyur. Məhz dini cameədən həbs olunan əksər qardaşlarımız, o cümlədən haqqında həbsqətimkan tədbiri seçilən AİP sədr əvəzi Hacı İlham Əliyev bu yüksək insani keyfiyyətlərin və müqəddəs İslam dəyərlərinin daşıyıcılarıdır.

 

Biz Hacı İlham Əliyevin hüquqlarının Müdafiə Komitəsi üzvləri olaraq bu ədalətsiz qərarı və haqsız ittihamı pisləyir, baş verən məntiqsizliyə qəti etirazımızı bildirir, onun tezliklə azad edilməsini tələb edirik.”

 

AİP sədr əvəzi Hacı İlham Əliyevin hüquqlarının Müdafiə Komitəsi

 

       03.03.2020

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system