Fransa vətəndaşları silah almağa gedən Səudiyyə gəmisini sahildən QOVDULAR - VİDEO

Oxundu: 334
Fransa vətəndaşları silah almağa gedən Səudiyyə gəmisini sahildən QOVDULAR - VİDEO

Səudiyyənin silah daşıyan "Bəhri Yənbu" yük gəmisi İtaliyanın Genuya şəhərinin limanında dayanıb. Gəmi burada da etirazlarla qarşılaşıb. Etiraz mitinqinə limanın bəzi işçiləri də qoşulub.

İslaminSesi-nin Euronews-a istinadən verdiyi xəbərə görə, aksiya üzvləri əllərində "Müharibəyə YOX!" və "Limanlar müharibələrə bağlı, miqrantların üzünə açıqdır!" yazılı plakatlar tutub.

 

Bundan öncə də, mayın 17-də bu gəminin Fransanın Havr limanına yetişməsi sülhsevərlər fəalların irimiqyaslı etiraz aksiyalarına səbəb olub. Etirazçılar gəmiyə yüklənəcək silah-sursatın Səudiyyə Ərəbistanı tərəfindən Yəmənlə müharibədə işlədilə biləcəyini ehtimal edib.

 

Fransa hökuməti bildirib ki, etirazlar nəticəsinə Səudiyyə gəmisinə silah yüklənməsi ləğv olunub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system