Çin hərbi gəmisi Amerika hərbi təyyarəsinə hücum etdi - Döyüş lazeri sistemin "beynini" pozdu

Oxundu: 1010
Çin hərbi gəmisi Amerika hərbi təyyarəsinə hücum etdi - Döyüş lazeri sistemin

Çin Amerikanın hərbi təyyarəsinə lazerlə hücum edib.

İslaminSesi xarici avia.pro nəşrinə istinadən xəbər verir ki,  ABŞ Hərbi Dəniz Qüvvələri komandanlığı, Amerikanın hərbi kəşfiyyat təyyarəsinin Çinin döyüş lazeriylə zədələndiyini və bu üzdən yararsız vəziyyətə düşdüyünü bildirən bəyanat yayıb.

 

Birləşmiş Ştatlar Çin hərbçilərinin hərəkətlərini yolverilməz adlandırıb.


Bəzi məlumatlara görə, hadisə Sakit Okeanda baş verib. Bildirilir ki, ABŞ əvvəllər də təyyarələrin Çin döyüş lazerləri ilə "atəşə tutulması" ilə bağlı açıqlamalar vermişdi.


Qeyd olunur ki, belə hücumlar təyyarə sistemlərinin elektron komponentlərinin pozulmasına və hətta heyət üzvlərinin sağlamlığına zərər vurmasına səbəb olmuşdur.


Çin mediası isə yazır ki, əgər belə hal baş veribsə, deməli, əvvəlcə ABŞ ordusu hansısa təxribat xarakterli hərəkətlər edib.


“Amerika təyyarələri çox vaxt sərhədlərimizə və hərbi obyektlərimizə yaxınlaşırlar. Həqiqətən hücum olubsa, o zaman bu, Amerika tərəfinin təxribatları ilə əlaqəlidir” - deyə EastDay nəşri yazır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system