Azərbaycanda bəzi yanacaq markaları gömrük rüsumundan azad OLUNDU

Oxundu: 105
Azərbaycanda bəzi yanacaq markaları gömrük rüsumundan azad OLUNDU

Reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq idxal gömrük rüsumundan azad edilib.

 

İslaminSesinin məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

 

İndiyə qədər reaktiv mühərriklər üçün TC-1 markalı yanacağa 15 faiz idxal gömrük rüsumu tətbiq olunub.

 

Qərara əsasən, KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosin də 15 faiz idxal gömrük rüsumundan azad olunub.

 

Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2021-ci il yanvarın 1-dək qüvvədədir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system