Avropa Türkiyə sərhədinə yüzlərlə əsgər və hərbi texnika göndərir

Oxundu: 104
Avropa Türkiyə sərhədinə yüzlərlə əsgər və hərbi texnika göndərir

Avropa İttifaqının Sərhəd Mühafizəsi Agentliyi “Frontex” (“Fronteks”) Yunanıstanın müraciətini qəbul edib, sərhədə 1500 nəfər mühafizə qüvvəsi və hərbi texnika göndərəcək.

Avropa İttifaqının Sərhəd Mühafizəsi Agentliyi olan “Fronteks” Türkiyədən Yunanıstana köçkün axını məsələsini müzakirə eləmək üçün Polşanın paytaxtı Varşava şəhərində toplantı keçirib.

 

İclasdan sonra təcili əməliyyat keçirmək qərara alınıb. “Fronteks”in direktoru Fabris Legeri əməliyyat qərarı ilə bağlı deyib: “Sərhəddəki hadisələrin sürətli irəliləyişini gözümüzün qarşısına alaraq, Yunanıstanın müraciətini qəbul elədik”.


Fransa prezidenti Emmanuel Makron və Almaniyanın baş naziri Angela Merkel də bu böhranda Yunanıstan ilə Bolqarıstanın tərəfində olduqlarını bildiriblər.


Makron deyib: “Humanitar böhrandan və qaçqın böhranından qaçmaq üçün daima birlikdə hərəkət eləmək məcburiyyətindəyik”.


Qeyd edək ki, Türkiyə suriyalı qaçqınlar üçün Avropa sərhədindəki keçid məntəqələrini açıb. Bundan sonra minlərlə miqrant dəniz vasitəsilə qeyri-qanuni şəkildə Yunanıstana keçməyə cəhd göstərir. Radikal sağçı yunanlar isə qaçqınları kütləvi şəkildə döyür, dənizdə batırmağa çalışır. Naməlum polis avtomobilləri onları sahildən toplayaraq bilinməyən yerlərə aparır./Hurriyyet.org/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system