ABŞ nümayəndələri Suriya ilə bağlı Ankaraya gəlir

Oxundu: 100
ABŞ nümayəndələri Suriya ilə bağlı Ankaraya gəlir

ABŞ Prezidenti Donald Trampın Suriya məsələsi üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraftın Türkiyənin paytaxtı Ankaraya gəlişi gözlənilir.

Hər iki nümayəndənin bu gün gecə saatlarında eyni təyyarədə Türkiyə paytaxtına çatacağı gözlənilir.

 

Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi K.Kraft ölkəsinin İdlib məsələsində Türkiyəyə dəstək olduğunu vurğulayıb: “Hərbçilərinin həlak olması ilə nəticələnən hücumlara qarşılıq vermə məsələsində Türkiyəyə dəstəyimiz tamdır”./Konkret.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system