ABŞ-da seçkilərin ilkin nəticələri bəlli oldu - Trampa gözlənilməz rəqib

Oxundu: 138
ABŞ-da seçkilərin ilkin nəticələri bəlli oldu - Trampa gözlənilməz rəqib

ABŞ-ın 14 ştatında keçirilən erkən prezident seçkilərində sabiq vitse-prezident Co Bayden üstünlük qazanıb.

Virciniya, Alabama, Oklohama, Şimali Karolina, Arkanzas, Minnesota, Tennesi, Massaçusets ştatlarında liderlik Baydendə olub.

 

Bu ana qədər nəticələri açıqlanan 11 ştatın qalan 3-də isə Berni Sanders seçicilərin etimadını qazanıb.


Səs sayılması prosesi davam edən Kaliforniya və Texas ştatlarının nəticələri başabaş getdiyi üçün maraqla gözlənilir.


Qeyd edək ki, ABŞ-da “super çərşənbə axşamı” adlandırılan erkən seçkilər nəticəsində Respublikaçılar Partiyasının namizədi Donald Trampın 3 noyabrda keçiriləcək seçkilərdə Demokratlar Partiyasından irəli sürüləcək rəqibi müəyyən olunacaq./Publika.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system