NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:43
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 225
Ziya Məmmədovun evindəki yanğınla bağlı təfərrüatlar

Ziya Məmmədovun evindəki yanğınla bağlı təfərrüatlar

İsmayıllının Buynuz kəndində sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus bağ evində baş verən yanğının ilkin səbəbləri məlum olub.


Kəndin icra nümayəndəsi Gülzar Şirəliyeva bildirib ki, yanğına evi isitmək üçün istifadə olunan soba səbəb olub.

 

İcra nümayəndəsinin sözlərinə görə, yanğın olan evdə gözətçi qalırmış: “Yanan evdə Ziya Məmmədovun bağına baxan gözətçi qalırdı. Sabiq nazirin kəndə gələndə qaldığı ev həmin həyətdə bir qədər aralıdadır. Yanan ev gözətçi üçün nəzərdə tutulmuşdu. Məndə olan məluma görə, evə quraşdırılan soba işıqla işləyib. Elektrik enerjisi kəsildiyindən sobada odun yandırıblar. Sobadan çıxan qığılcım evi yandırıb. Ev taxtadan hazırlandığından tamamilə yanıb, içəridən heç nə çıxarmaq olmayıb” 

Qeyd edək ki, bu gün səhər saatlarında İsmayıllının Buynuz kəndində ümumi sahəsi 144 kvadratmetr olan 3 otaqlı evdə yanğın baş verib. Evin sabiq nəqliyyat naziri Ziya məmmədova məxsus olduğu üzə çıxıb.azvision.az
 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system