NAMAZ VAXTLARI:
  • FƏCR 06:25
  • GÜN 07:52
  • ZÖHR 12:33
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Zilqədənin gəlişi ilə 40 günlük “Musa Kəlimi” dövrü başlayır

Oxundu: 264
Zilqədənin gəlişi ilə 40 günlük “Musa Kəlimi” dövrü başlayır

Zilqədənin əvvəlindən zilhiccənin 10-a kimi Musa peyğəmbərin Tur dağında 40 gün çilə saxladığı vaxtdır.

İslaminSesi.info - Zilqədə ayının gəlişi ilə Hz. Musanın Tur dağındakı 40 günlük münacat dövrü başlayır. Hz. Musa (ə) zilqədənin əvvəlindən zilhiccə ayının 10-a kimi Tur  dağında kimsəsiz bir yerdə ibadətə başlayır. Bu dövrə həmçinin “Musa Kəlimi” dövrü də deyilir. Yəni Hz. Musanın Rəbbi ilə danışdığı vaxt  mənasında. Quran bu barədə buyurur:

 

“Musa ilə otuz gecə (oruc tutub dua edəcəyi, bunun müqabilində ona Tövratı nazil edəcəyimiz və özü ilə danışacağımız) barədə vədələşdik, sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin (ibadət üçün) təyin etdiyi müddət tam qırx gecə (gün) oldu...” (Əraf-142)

 

Bu 40 gün mərifət əhi üçün mühüm və kəramətli günlər hesab olunur. Mərifət əhli bu dövrə “çilə dövrü” də deyir. Mömin bəndə 40 gün ərzində öz nəfsi ilə qəti şəkilədə mübarizə aparır. Hətta bəzi insanlar 40 gün ərzində cəmiyyət arasına belə çıxmır. Bu kimi çilə dövründə cəmiyyətdən təcrid olmaq şərt deyil. Mühüm olan insanın 40 gün ərzində özünə diqət və nəzarət niyyəti etməsidir. Yaxud 40 gün ərzində filan işi görəcəm deməsidir. Məsələn 40 gün ardıcıl hər sabah “Əhd” duası oxuyacam deməsi və nəfsini buna təkid etməsidir.

 

40 günlük nəfsi mübarizə dörü hədislərdə də müşahidə olunur.  Əziz İslam Peyğəmbəri (s) bu məsələyə işarə edən bir hədisdə buyurub:

“Hər kim 40 gün özünü ixlaslı etsə (ixlasla əməl etsə) hikmət çeşmələri qəlbindən dilinə cari olar.”

(Nəhcul-fəsahə 738)

 

Nəfsin çiləsi və ixlasla əməl etmək barədə Ayətullah Cavad Amili buyurub:

 

“40 gün çilə saxlamaq böyük feyzlərə yetişmək üçün ən üstün yollardandır. Hecəki hədisdə buyrulub: “Hər kim 40 gün özünü ixlaslı etsə (ixlasla əməl etsə) hikmət çeşmələri qəlbindən dilinə cari olar.”  Bu halda insan nə danışsa qəlb çeşməsindən gələr, əgər əlinə qələm alıb yazsa qəlb çeşməsindən cari olanları yazar. Bu yol hamı üçün açıqdır.  

Çilə saxlamaq cəmiyyətdən uzaqlaşmaq mənasında deyil. Nəinki dünya əhalisindən, dünyadan (dünya sevgisindən) ayrılmaq mənasındadır!”

 

 

 Yaşar Nuriyev

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system