NAMAZ VAXTLARI:
  • FƏCR 06:06
  • GÜN 07:30
  • ZÖHR 12:26
  • ŞAM 17:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Zilhiccənin ilk on günlüyündə qılınan iki rəkətli müstəhəb namaz

Oxundu: 486
Zilhiccənin ilk on günlüyündə qılınan iki rəkətli müstəhəb namaz

Allah Təala hər kəs üçün bu aydan bəhrələnmək yolları qoymuşdur. Həccə gedə bilməyənlər belə, həcc savabını əldə edə bilərlər

İslaminSesi.info - Zilhiccə ayı adından da göründüyü kimi həcc ayıdır. Bu ay da digər aylar kimi öz bərəkəti ilə gəlır. Bu ayda gücü yetənlər (mustəti olanlar) Allah evinin ziyarətinə gedir. Kəbə evini ziyarət etmək, hacc əməlini icra etmək həm vacib (imkanı olana), həm də xeyir bərəkət dolu bir əməldir.

 

Allah Təala hər kəs üçün bu aydan bəhrələnmək yolları qoymuşdur. Həccə gedə bilməyənlər belə, həcc savabını əldə edə bilərlər. İmam Sadiq (ə) buyurub:

 

Atam İmam Baqir (ə) buyurub: Oğlum! Zilhiccənin birinci on günlüyündə məğriblə işa namazları arasında iki rəkətli namazı tərk etmə. Hər iki rəkətdə Həmd, İxlas və Əraf surəsinin 142-ci ayəsini oxu. Belə etsən hacıların savabına və onların əməllərinə səndə şərik olarsan (İqbal-317).

 

Əraf-142: وَوَاعَدْنَا مُوسَىٰ ثَلَاثِينَ لَيْلَةً وَأَتْمَمْنَاهَا بِعَشْرٍ فَتَمَّ مِيقَاتُ رَبِّهِ أَرْبَعِينَ لَيْلَةً ۚ وَقَالَ مُوسَىٰ لِأَخِيهِ هَارُونَ اخْلُفْنِي فِي قَوْمِي وَأَصْلِحْ وَلَا تَتَّبِعْ سَبِيلَ الْمُفْسِدِينَ

 

Musa ilə otuz gecə (oruc tutub dua edəcəyi, bunun müqabilində ona Tövratı nazil edəcəyimiz və özü ilə danışacağımız) barədə vədələşdik, sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin (ibadət üçün) təyin etdiyi müddət tam qırx gecə (gün) oldu. Musa qardaşı Haruna dedi: 'Sən tayfam içində mənim xəlifəm ol, (camaatı) islah etməyə çalış və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu ilə getmə!

 

Və vəədnə Musa sələsinə leylətən. Və ətməmnəhə biəşrin. Fə təmmə miqatu rəbbihi ərbəinə leylətən. Və qalə Musa liəxihi Hərunə-xlufni fi qoumi və əslih və lə təttəbi səbiləl mufsidin.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system