NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Zilhiccə ayında “Lə iləhə illəllah” zikrinin xüsusi fəziləti

Oxundu: 92
Zilhiccə ayında “Lə iləhə illəllah” zikrinin xüsusi fəziləti

Bu, elə bir zikrdir ki, onu davamlı şəkildə demək çox tövsiyə edilmişdir. Bu zikr Zilhiccə ayının ilk on günündə də tövsiyə edilmişdir. Əgər gün ərzində 10 dəfə təkrar edərsənsə, həqiqətdə 100 dəfə demiş olarsan.

 

İmam Sadiq (ə) buyurur: "Hər kim "Lə iləhə illəllah" zikrini yüz dəfə deyərsə, onun həmin günü (bu) ibadəti hər şeydən üstün olar. Məgər o kəs ki, ondan çox (bu zikri) deyər".

Səlam ibn Ğanəm İmam Sadiqdən (ə) nəql edir ki, buyurub: "Hər kim yatan zaman yüz dəfə "Lə iləhə illəllah" zikrini deyərsə, Aləmlərin Allahı onun üçün behiştdə ev tikər. Hər kim yatan zaman yüz dəfə istiğfar edərsə, günahları tökülər. Sanki yarpaqlar ağacdan tökülər".

Xəlil nəql edir: "Hədis yazandan eşitmişəm ki, deyir: "İmam Əli (ə) buyurub: "Hər kim bu ayın (zilhiccə) 10 gününü bu zikri 10 dəfə deyərsə, Allah deyilən hər "Lə iləhə illəllah"a görə dürr və yaqutdan ona behiştdə dərəcə verər. Hər iki dərəcə arasındakı məsafə yüz illik yoldur. Hər dərəcədə şəhər vardır, hər bir şəhərdə gövhərdən saray vardır. Hər bir şəhərdə o qədər ev, qala, otaq, behişt yeyəcəkləri vardır ki, saymaqla onu təsvir etmək olmaz. O zaman ki, qəbirdən xaric olar, bədənindəki hər bir tük nur saçar. 70 min mələk onu qarşılamağa gələrlər. Onun qarşısından, sağ və solundan hərəkət edərlər. O zamana qədər ki, behişt qapısına çatar. Behiştdə daxil olanda başının arxasınca dayanarlar və o, hamısından qarşıda dayanar. O zamana qədər ki, zahiri yaqutdan qırmızı olan şəhərə çatar. Bu şəhərdə Allah behiştdə nə yaradıbsa, mövcuddur. Ora çatanda mələklər deyərlər: "Ey Allahın dostu! Bilirsən bu şəhər və burada olanlar nədir?". Deyər: "Yox. Siz kimsiniz?". Deyərlər: "Biz o mələklərik ki, sən dünyada zikr edəndə biz görürdük. Bu şəhər içində olanlarla hamısı sənin savabındır. Sənə bundan da üstün bir savaba müjdə olsun"". Xəlil deyir: "Hər nə qədər bacarırsınızsa, (bu zikri) deyin ki, əcriniz daha çox olsun". (nardaranpiri.com səhifəsi)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system