NAMAZ VAXTLARI:
  • FƏCR 06:06
  • GÜN 07:30
  • ZÖHR 12:26
  • ŞAM 17:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Zilhiccə ayı və ayın əlamətdar günləri

Oxundu: 472
Zilhiccə ayı və ayın əlamətdar günləri

Zilhiccə ayı daxil oldu

İslaminSesi.info - Zilhiccə ayı hicri təqviminin sonuncu, 12-ci ayıdır. Bu ayın bitməsi ilə hicri 1439-cu il sona yetir. Sonrakı ay, məhərrəm ayı ilə yeni hicri ili başlayır.

 

Adından da göründüyü kimi bu ay həcc mövsümü ayıdır. Bu aya həcc ayı da deyilir. Təməttö (vacibi) həcc ziyarəti yalnız bu ayda icra olunmalıdır.

 

Həcc ziyarəti fərdi ibadət olmaqla yanaşı həm də mühüm içtimai əhəmiyyətə malik bir hərakatdır. Bu baxımdan zilhiccə ayı müsəlmanların daima diqqət mərkəzində olmalıdır. Çünki Kəbə evinin ziyarəti əhəmiyyət və əzəmət baxımından, vəhdət və qardaşlıq baxımından, İslam əsaslarının möhkəmlənməsi baxımından cox vacib və mühüm məsələdir. Bu səbəbdən Həzrəti Əli (ə) həccin əhəmiyyətinə toxunaraq buyurur: “Allahu Sübhan həcci İslam üçün bayraq (ücalıq, vüqar mənbəyi) qərar verib”.

 

Zilhiccə ayı öz əhəmiyyəti ilə bərabər həm də mühüm və əlamətdar hadislərərin baş verdiyi bir aydır. Bu ayda bir çox mühüm hadisələr baş veribdir:

 

1-i zilhiccə Həzrəti Əli (ə) və Xanım Zəhranın (ə) izdivac günüdür


3-ü Peygəmbərin (s) sonuncu həccc ücün Məkkəyə daxil olduğu gündür


7-si İmam Baqirin (ə) 114 hicri ilində Hişam ibn Əbdül-Məlikin əlinə şəhid edildiyi gündür


7-si İmam Kazımın (ə) Bəsrə zindanına salındığı gündür


9-u Ərəfə günü (Həzrəti adəmin tövbəsinin qəbul olan günü)


9-u Müslüm ibn Əqlin şəhadəti


10-u Qurban bayramı günü


10-u 2000-dən artıq hacının həlak olduğu faciə (2015)


15- 212-ci ildə İmam Hadi (ə) ın təvəllüdü


18-i Qədirxum günü


18- Həzrəti İbrahimin atəşdə xilas olması


22-si Meysəm Təmmarın Müaviyyə tərəfindən şəhadəti


24-ü Mübahələ günü


25-i "Həl əta" surəsinin İmam Əli (ə) və ailəsi barədə nazil olması

 

Yaşar Nuriyev

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system