Zeynalabdin Tağıyevin İstanbul Böyükadadakı villası rekord qiymətə satışa çıxarıldı

Oxundu: 219
Zeynalabdin Tağıyevin İstanbul Böyükadadakı villası rekord qiymətə satışa çıxarıldı

Azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin İstanbul sahillərindəki Böyükadada yerləşən tarixi villası satışa çıxarılıb.

İslaminSesi Türkiyə KİV-nə istinadən xəbər verir ki,  rekord məbləğ-17 milyon lirə dəyərləndirilən 300 illik  malikanəyə xeyli müştəri çıxıb. 

 

 

Mətbuatın yazdığına görə, malikanənin yerləşdiyi İstanbul boğazında bənzərsiz gözəlliyi ilə diqqət çəkən tarixi binalar çoxdur. Artıq xeyli müddətdir ki, həm yerli, həm də əcnəbi zənginlər burada villa axtarışındadırlar. Olduqca yüksək satış qiymətləri olan bu malikanələrdən  sonuncu satışa çıxarılanı Hacı Zeynalabdin Tağıyevə məxsusdur.  

 

Birinci dərəcəli tarixi abidə sayılan malikanə Osmanlı dövründə tikilib, sonra isə azərbaycanlı iş adamı Hacı Zeynalabdin Tağıyev tərəfindən alınıb. Villa ilin müəyyən aylarında messenatın nəticələri tərəfindən istifadə edilir. Ərazisi 2 miin  400 kvadratmetrdir. 5 otaq və 2 salondan ibarətdir./Virtualaz.org/

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system