NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 48
Zəvvarların ilk qrupu Bakıya qayıtdı

Zəvvarların ilk qrupu Bakıya qayıtdı

Azərbaycandan Həcc ziyarətinə getmiş zəvvarların ilk qrupu Bakıya qayıdıb.

İslaminSesi APA-nın məlumatına istinadən bildirir ki,  azərbaycanlı zəvvarların ilk qrupunu gətirən təyyarə Heydər Əliyev Aeroportuna eniş edib.

 

Növbəti qruplar isə sentyabrın 13-ü, 14-ü və 15-i dönəcək.

 

Qeyd edək ki, builki kvota 600 nəfər nəzərdə tutulsa da, Azərbaycandan 900 zəvvar Həccə gedib.

 

Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gediblər. Uçuşları AZAL həyata keçirir. Azərbaycanda Həcc ziyarətinin təşkilatçısı yalnız Qafqaz Müsəlmanları İdarəsidir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system