NAMAZ VAXTLARI:
  • FƏCR 06:00
  • GÜN 07:23
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Zərif ABŞ sanksiyalarına görə dünya ictimaiyyətinə videomüraciət ünvanlayıb - Video

Oxundu: 97
"

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ sanksiyalarının rəsmən başlamasına görə iranlılara və dünya ictimaiyyətinə videomüraciət ünvanlayıb.

"İslaminSesi" - Cavad Zərif bu müraciətdə ABŞ sanksiyalarının əsassız, qərəzli, beynəlxalq qərarlardan və normalardan uzaq olduğunu deyib.   O bildirib ki, bu sanksiyaların məqsədi İran xalqına iqtisadi baxımdan təzyiq göstərmək və nəticədə onları hakimiyyətdən ayırmaq məqsədi daşıyır.  

 

O bildirib ki, ABŞ-ın sanksiya siyasətini yalnız işğalçı İsrail rejimi və bölgədə olan bir neçə totalitar rejimlər dəstəkləyir.   Bu sanksiyalar səbəbindən, İsrailin və bəzi totalitar rejimlərin cinayətlərini ört-basdır etmə baxımından Amerikanın bundan sonra beynəlxalq arenada daha da təcrid olacağını deyən Məhəmməd Cavad Zərif bildirib ki, ölkəsi bu məsələlərdə beynəlxalq ictimaiyyətin dəstəyini qazana bilib.  

 

M.C. Zərif əlavə edib ki, İran dövləti həmişə çətinliklər qarşısında tarix yazan xalqına arxalanaraq, bu dövrü də keçəcək və Amerika məntiqsiz addımlarına görə peşman olacaq.

/SalamNews/

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system