İQTİSADİYYAT

Oxundu: 115
Zəngin Azərbaycanla yoxsul Gürcüstanın 2018-ci il büdcə fərqləri...

Zəngin Azərbaycanla yoxsul Gürcüstanın 2018-ci il büdcə fərqləri...

Gələn il üçün Sosial Müdafiə Fondunun büdcəsi ilə birlikdə Azərbaycanın dövlət büdcəsinin xərcləri 22.1 milyard manat, hazırkı məzənnə ilə 13 milyard USD proqnozlaşdırlır. Bu, adambaşına təxminən 1340 USD edir

İslaminSesi.info - Gürcüstanın dövlət büdcəsi isə təxminən 12.5 milyard lari, hazıkı məzənnə ilə 4.9 milyard USD proqnoz edilir. Bu, adambaşına təxminən 1315 USD edir.

 

Göründüyü kimi, böyük neft pulları hesabına aldığı dəstəyə baxmayaraq, Azərbaycanın dövlət və Sosial Müdafiə Fondunun əhalinin hər nəfəri hesabı ilə 2018-ci ildə xərcləməyi planlaşdırdığı vəsaitin həcmi Gürcüstanla təxminən eynidir.


Amma səhiyyə xərcləri arasında böyük fərq var: Azərbaycanın dövlət büdcəsindən səhiyyəyə 740 milyon manat (450 milyon USD) xərc nəzərdə tutulur ki, bu adambaşına təxminən 45 USD-yə bərabərdir. Gürcüstanın dövlət büdcəsində isə 929 milyon lari (365 milyon USD) proqnozlaşdırılır ki, bu adambaşına 98 USD-yə bərabərdir. Göründüyü kimi fərq 2 dəfəyə yaxındır.

 

Azərbaycanın dövlət və Sosial Müdafiə Fondundan sosial müdafiə və təminata 4.5 milyard manat (2.650 milyard USD) nəzərdə tutulur ki, bu əhalinin hər nəfəri hesabı ilə 273 USD edir. Gürcüstanın dövlət büdcəsində isə təxminən 2.5 milyard lari (1 milyard USD) proqnozlaşdırılır ki, bu adambaşına 269 USD-yə bərabərdir - hər 2 ölkədə adambaşına sosial müdafiə xərci eynidir.


Azərbaycanın dövlət büdcəsindən təhsilə 2 milyard manat (1.170 milyard USD) xərclənəcək ki, bu hazırkı məzənnə ilə adambaşına 120 USD-yə bərabərdir.Gürcüstan isə təhsilə 1.2 milyard lari (470 milyon USD) və ya adambaşına 125 USD xərcləməsi planlayır.

 

Belə müqayisələrə baxmaq lazımdır ki, şirin inkişaf nağılları ilə uzun və dərin yuxulara dalmayaq...

 

Rövşən Ağayev 

İqtisadçı-ekspert

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İQTİSADİYYAT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system