ÖLKƏ

Oxundu: 89
Zəlzələdən sonra ölkə ərazisində 150 afterşok qeydə alınıb - Seysmoloji Xidmət Mərkəzi

Zəlzələdən sonra ölkə ərazisində 150 afterşok qeydə alınıb - Seysmoloji Xidmət Mərkəzi

Noyabrın 15-də gecə Ağdamda baş verən zəlzələdən sonra 150-dən çox təkan qeydə alınıb.

İslaminSesi bildirir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası(AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.

 

O bildirib ki, qeydə alınan avterşokların ikisinin maqnitudası 3 baldan yuxarı olub: "Afterşoklar zəlzələ ocağında sönmə prosesi tam başa çatana qədər davam edəcək. Hiss olunan təkanlar da müşahidə oluna bilər".

 

Qurumun sözçüsü vurğulayıb ki, zəlzələdən dərhal sonra Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları əraziyə ezam olunublar: "Hazırda əməkdaşlarımız Ağdamdakı seysmik stansiyamızın ərazisindədirlər. Zəlzələnin episentri həmin stansiyanın ərazisində yerləşir. Əməkdaşlarımız həmin bölgədə gedən təbii prosesləri izləmək üçün müşahidələr aparırlar. Ərazidə stosionar stansiyalarımız da qurulub. Onlar da monitorinqi davam etdirirlər. Həm Ağdam, həm də Bərdədə müşahidələr aparılır".

 

V.Rafiqqızı qeyd edib ki, noyabrın 16-da saat 20:43:42-də Bərdədən 8 km cənub-qərbdə yenidən zəlzələ qeydə alınıb: "Zəlzələ episentrdə 3 bala qədər hiss olunub".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system