Zəlzələdən 5 saat sonra 12 yaşlı uşaq xilas edildi - VIDEO

Oxundu: 223
Zəlzələdən 5 saat sonra 12 yaşlı uşaq xilas edildi - VIDEO

Türkiyənin Elazığ şəhərində baş verən güclü zəlzələ nəticəsində çökən dördmərtəbəli binanın altından 12 yaşlı uşaq xilas edilib.

İslaminSesi-nin məlumatına görə, azyaşlı yeraltı təkanlar zamanı qapı üzərinə düşdüyündən dağıntılar altında qalıb. Axtarış-xilasetmə tədbirləri çərçivəsində zəlzələdən 5 saat sonra sağ çıxarılıb. Təcili tibbi yardım avtomobili ilə Fırat Universiteti xəstəxanasına aparılıb.

 

Zəlzələdən 11 saat sonra Gülsüm İnce adlı hamilə qadın da dağıntılar altından xilas edilib.


Xatırladaq ki, Elazığda baş vermiş 6.8 ballıq zəlzələ nəticəsində artıq 21 nəfər vəfat edib, 1030 nəfər xəsarət alıb.


Məlumata görə, dağıntılar altında hələ 38 nəfər qalıb./“Qafqazinfo”/

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system