NAMAZ VAXTLARI:
  • FƏCR 04:58
  • GÜN 06:20
  • ZÖHR 12:36
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Zaxarovadan Türkiyə və İdlib açıqlaması

Oxundu: 388
Zaxarovadan Türkiyə və İdlib açıqlaması

Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarova mətbuat üçün keçirdiyi brifinqdə Türkiyə və İdlibdə baş verən proseslərə münasibət bildirib.

 

 Zaxarova Türkiyə tərəfi ilə təmasda olduqlarını bildirib.
 
“İdliblə bağlı əldə olunmuş bütün razılaşmalara bağlılığın vacib olduğunu düşünürük. Tərəflərin terrorçularla mübarizəni davam etdirmək, həm də mülki əhalinin təhlükəsizliyinin təmin olunması ilə bağlı maddələrə bağlı qalması vacibdir. Biz bu istiqamərdə türk tərəfi ilə Soçi prosesi çərçivəsində əməkdaşlığımızı davam etdiririk” – Zaxarova belə deyib.
 
Zaxarova İdlib və ətrafında təhlükəli gərginliyin olmasını müşahidə etdiklərini də bildirib:
 
“Bu gərginliyə nəyin səbəb olduğu açıqdır. Bunun səbəbi terrorçuların atəşkəs zonası və xaricində apardığı aqressiv hücumlardır”.
 
O, Soçi razılaşmasının şərtlərində Türkiyənin İdlibdə terrorçu qruplarla mülayim müxalif qüvvələri bir-birindən ayırmaq kimi öhdəliyinin olduğunu da xatırladıb. Lakin müqavilənin bu şərti icra olunmayıb. İdlib bu gün demək olar ki, bütünlüklə HTŞ və onunla birgə hərəkət edən qrupların nəzarətindədir.
 
Qeyd edək ki, Türkiyə hərbi əməliyyatların dayandırılması üçün çağırış edir.(Avropa.info )

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system