NAMAZ VAXTLARI:
  • FƏCR 04:31
  • GÜN 05:57
  • ZÖHR 12:40
  • ŞAM 19:40
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Zaxarova: ABŞ Keşikçilər Korpusunu terror təşkilatı elan etməklə İranı şeytana bənzətməyə çalışır

Oxundu: 456
Zaxarova: ABŞ Keşikçilər Korpusunu terror təşkilatı elan etməklə İranı şeytana bənzətməyə çalışır

ABŞ-ın İran İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıması qərarı İrana təzyiqi artırmaq üçün atılan addımdır.

İslaminSesi-nin Sputnik-a istinadən verdiyi xəbərə görə, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dünən keçirilən brifinq zamanı deyib.

 

"ABŞ-ın İran İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına salmaq qərarı ABŞ-ın İranı şeytan kimi qələmə vermək və ona maksimal təzyiq göstərmək siyasətinə uyğundur", - deyə o bildrib.

 

Zaxarova vurğulayıb ki, Rusiya XİN-i ABŞ-ın İrana qarşı yeritdiyi bu siyasəti destruktiv və uzaqgörənlikdən uzaq kimi qiymətləndirir.

 

Onun sözlərinə əsasən, Tehranın iştirakı olmadan Yaxın Şərqdə regional təhlükəsizliyin möhkəm arxitekturasının qurulması, eləcə də Suriya, İraq və Əfqanıstanda stabilliyin təminatı mümkünsüzdür.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system