NAMAZ VAXTLARI:
  • FƏCR 06:00
  • GÜN 07:23
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Zaqatalada fındıq oğurlayan dəstə yaxalandı

Oxundu: 109
Zaqatalada fındıq oğurlayan dəstə yaxalandı

Zaqatala rayonu Yuxarı Tala kənd sakini Saleh Soltanov oktyabrın 19-da Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evin həyətyanı sahəsindən 4 kisə fındığın oğurlandığını bildirib.

İslaminSesi - DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məluamata görə, daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər həmkəndlisi Əhməd Məmmədov və Aşağı Tala kənd sakini, əvvəllər məhkum olunmuş İslam Ömərov olduğu müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər və dindirilmə zamanı qabaqcadan əlbir olub, S.Soltanova məxsus evin həyətyanı sahəsinə qanunsuz daxil olmaqla 120 kq fındığı oğurladıqlarını etiraf ediblər.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system