HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 1609
Zakir Həsənovdan

Zakir Həsənovdan "RİA Novosti"yə ilginc müsahibə - Aprel döyüşündə general Sergey Şoyqu mənə zəng etdi və...

İslaminSesi Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Rusiyanın "RİA Novosti" xəbər agentliyinə verdiyi müsahibəsini oxucularına təqdim edir.

"Son illər Ermənistan qoşunlarının Azərbaycan Silahlı Qüvvələrinə qarşı dayandığı döyüş bölgəsində gərginlik yüksələn xətt üzrə gedir. Səbəb birdir - Azərbaycan torpaqlarının işğalı. Bütün digər şeylər nəticədir. İşğal olunmuş ərazilər azad olunmur, danışıqlar heç bir nəticə vermir"


Zakir Həsənovun sözlərinə görə, Qarabağda təmas xəttində vəziyyət mürəkkəbləşir, bu da bəzən lokal döyüş əməliyyatlarına dəyişir - "normal haldır". "Hələlik iki bir-birinə düşmənçilik edən ordu bir-birinə qarşı durur, bu olacaq. Amma zərbə məqsədli şəkildə mülki əhaliyə endirildiyi zaman, bu artıq cinayətdir"


Qeyd edək ki, Ermənistan ordusu iyulun 4-də təmas xəttindəki Füzuli rayonunun Alxanlı kəndinə atəş açıb. Atəş nəticəsində iki nəfər həlak olub, mülki obyektlərə ziyan dəyib.


"Mən Füzuli rayonunun Alxanlı kəndində insanların, mülkilərin həlak olduğu baş verən son insident yerində olmuşam. Bu kənd cəbhə xəttindən təqribən üç kilometr məsafədə yerləşir. Ermənilər özlərinə bəraət qazandırmaq üçün deyirlər ki, orada bizim hansısa bölmələrimiz var idi. Amma bölmələr sadəcə, küçədə dayana bilməzlər, onlara infrastruktur lazımdır, o isə orada yoxdur. Ehtiyac yoxdur. Qoşunların yerləşdiyi taktika üzrə bu kənd bizə heç nə üçün lazım deyil. Ən azı müdafiə sisteminin təşkil edilməsi üzrə, onun (kənd-red.) bizim üçün heç bir əhəmiyyəti yoxdur. Bununla belə kəndə nişan atəşi açılıb. СПГ-9 (SPQ-9) tank əleyhinə qumbaraatan dəzgahından istifadə olunurdu. Ondan əsasən tank və zirehli texnika ilə mübarizə üçün istifadə edirlər, amma onun qəlpələnən mərmiləri də var. Sonra isə yenə də minaatandan iki atəş açılıb.
 
 Əminəm ki, bu əvvəlcədən düşünülmüş cinayət idi. Həmin dövrdə orada intensiv atışmalar getmirdi. Üstəlik bir neçə gün bundan əvvəl rayonda erməni pilotsuz kəşfiyyat təyyarəsi aşkarlanmışdı. Onlar buranın dinc sakinli adi kənd olduğunu görürdülər, ancaq iki gün sonra zərbə vururlar. Bu cinayətdir!


- Əgər bu təxribatdırsa, onda onun mənası nədir?


 - Biz onların nəyə ümid etdiklərini bilirik. Ermənistan KTMT-yə (Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatı) daxil olmaqla digər ölkələri də öz təxribatının əsirləri edir. Onlar bilirlər ki, əgər heç kim vəziyyətə müdaxilə etməsə, onda onlar üç gün də davam gətirməyəcəklər. Bu, 2016-ci ilin aprel ayında baş vermişdi. Əgər bizi o vaxt dayandırmasa idilər, onda (erməni müqaviməti-red.) müqavimət artıq qırılmış olardı. Düşmənin illər boyu qurduğu müdafiə xəttini biz 40 dəqiqəyə qət etdik.


- O vaxt Qarabağ müharibəsinin yeni mərhələsində haqqında danışırdılar...


 - Bəli, ən böyük qarşıdurma 2016-ci ilin aprelində baş verib. Onun səbəbi mülki əhaliyə atəşin açılması ilə bağlı idi. O vaxt, aprelin 1-də, Tərtər rayonuna erməni artilleriyasının zərbəsi nəticəsində maşında oaln bütün bir ailə həlak oldu. Təbii ki, bu barədə mənə məlumat verdilər. Bu, haradasa saat 10-11-də baş vermişdi. Və bu atəş nöqtələrinin hündürdə olması və bütün kəndi və onun ətrafını görməsi ilə əlaqədar olaraq mən  düşmənin atəş nöqtələrini yaşayış məntəqələrindən dəf edilməsi ilə bağlı tədbir görülməsi üçün əmr verdim. Bu irimiqyaslı müharibəyə başlamaq məqsədi güdmürdü.
 
 Buraya bizim ordumuzun haradasa 15-20 faizi cəlb edilmişdi. Mən hətta ehtiyatları və mərkəzi tabeçilik artilleriyasını cəbhəyə doğru gətirmədim. Ordu bu vəzifəni yerinə yetirdi - Ermənistan SQ-ni yaşayış məntəqələrindən dəf etdi. Ermənistan buna belə reaksiya verdi ki, eləbil müharibə başlandı. Onlar bütün silahlı qüvvələrinə əl atdılar. Yerevandan ehtiyatları da cəlb etmişdilər. Onlar üç gün bizim mövqelərimizə hücum edirdilər. Amma özləri ikinci gün Rusiyanın müvafiq qurumlarını vasitəçilik işinə cəlb etdilər.
Məsələn, mənə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu zəng etdi. O bildirdi ki, "bu işi" dayandırmaq lazımdır, ölkə rəhbərliyi bu barədə danışacaq. Həmçinin RF Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Valeriy Gerasimov bizim Baş Qərargah rəisimizə zəng etmişdi.


Sonra isə məlum oldu ki, erməni tərəfi yenidən qruplaşmaq və zərbə vurmaq üçün vaxt udmaq istəyirdi. Amma bu da onlarda alınmadı. Prinsipcə, biz öz qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirdik - cəbhədə böyük əməliyyat-taktiki əhəmiyyətə malik iki strateji yüksəklikləri azad etdik. Bu, Cəbrayıl istiqamətindəki Lələtəpə və Talış hündürlükləridir.


Ümumiyyətlə qeyd edim ki, son illər Ermənistan qoşunlarının Azərbaycan Silahlı Qüvvələrinə qarşı dayandığı döyüş bölgəsində gərginlik yüksələn xətt üzrə gedir. Səbəb birdir - Azərbaycan torpaqlarının işğalı. Bütün digər şeylər nəticədir. İşğal olunmuş ərazilər azad olunmur, danışıqlar heç bir nəticə vermir. Təbii ki, qoşunların qarşıdurma zonasında vəziyyət çətinləşir, bəzən lokal döyüş əməliyyatlarınadək artıq - bu, normal haldır. Hələlik iki bir-birinə düşmənçilik edən ordu bir-birinə qarşı durur, bu olacaq. Amma o zaman ki, zərbə məqsədli şəkildə mülki əhaliyə endirilir bu artıq cinayətdir.


- Münaqişə nə vaxtadək davam edəcək?


 - Ermənistan öz iqtisadi, demoqrafik və hərbi potensialına görə Azərbaycanla çəkişə bilməz. Azərbaycan həm iqtisadi, həm hərbi, həm də demoqrafiya cəhətdən ildən-ilə güclənir. Hərçənd bütün dünyada hazırda böhrandır və o bizdən də yan keçməyib, ancaq xüsusi olaraq vurmayıb. Ən azından müdafiə naziri kimi məni ordunun maliyyələşdirilməsi maraqlandırır - bu, ötən il yalnız artıb.

Bu il 17-20 faiz rəqəmi açıqlanıb. Belə ki, Azərbaycan rəhbərliyi başda prezident, ali baş komandan İlham Əliyev olmaqla ordunun gücləndirilməsinə, onun yeni silahlarla təchiz edilməsinə böyük diqqət yetirir. Biz yeni keyfiyyət səviyyəsinə keçmişik. Son illər ordunu modernləşdirmək, onu gücləndirmək yə vəzifəsi qoyulub.


Siz Qarabağ məsələsinin hərbi yolla həll ediləcəyini hesab edirsinizmi?


 - Mən siyasətçi deyiləm. Ölkəmiz məsələnin sülh yolu ilə həllinə sadiqdir. Amma bu o demək deyil ki, bu danışıqlar sonsuz olmalıdır, onlar artıq çox uzandı. Danışıqlar xatirinə danışıqlar heç kimə lazım deyil. Həm də ətrafa baxın - beynəlxalq qanunlar artıq işləmir, hamı gücünə güvənir. Təbii ki, biz buna reaksiya verməliyik. Amma təkrar edirəm - mən siyasətçi deyiləm, hərbçiyəm.

- Onda hərbi işlərə müraciət edək. Azərbaycan və Rusiya arasında 2010-cu illərin əvvəllərində bağlanmış  genişmiqyaslı müqavilə ilə bağlı iş nə yerdədir. Onda söhbət yüzədək Т-90 tankından, 100 ədəd БМП-3,  САУ 2С19М1 "Мста-С", РСЗО "Смерч" və bir çox digərlərinin 5 milyard dollar məbləğində tədarükündən gedirdi. O, Azərbaycan tərəfindən ödənilib və ya texnika alınıbmı?


 - Bu müqavilə əməli surətdə artıq 90% yerinə yetirilib. Biz onu ödəmişik. Xırdalıqlar qalıb. Sizin sadaladıqlarını artıq çoxdan Azərbaycandadır və uğurla tətbiq olunur. Yeri gəlmişkən, bu silahlanma sayəsində biz 2016-ci ilin aprelində uğur əldə etdik. Bütün bunlar bizim əldə edib və istifadə etdiyimiz müasir silahlardır.


- Hansısa yeni silah növləri isə sizi maraqlandırır?

 - Maraqlandırır, lakin mən bu barədə danışmayacam.


Zakir Həsənov müsahibəsinin davamında Azərbaycanın Rusiyadan AN-124 "Ruslan" təyyarələrinin alınmasını blokada şəraitindki Naxçıvana silah və texnika deyil, ərzaq və digər malların daşınması üçün maraqı olduğunu və digər ölkələrdən hərbi texnika aldığını bildirib. Bizim Əfqanıstanda kontingentimiz var. Hərbi nəqliyyat aviasyası - istənilən silahlı qüvvələrin çox mühüm hissəsidir.


- Vaxtilə Ermənistanda "İsgəndər"raket kompleksləri yerləşdiriləcəyi barədə məlumatı çoxlu səs-küy yaradırdı.


 - Mən müdafiə naziri kimi bildirirəm ki, bizin əks həmlə sistemimiz var bu raketləri vura bilərik. Bizdə də raketlər var, sayca 50 dəfə çox. Mən dediyim sözlərə görə tam məsuliyyət daşıyıram. Əgər onlar onları tətbiq etmək fikrinə düşsələr təsəvvür edin, infrastruktur və hərbi məqsədlərə cavab zərbəsi necə olacaq. Dünyada qoşunların bir neçə növ taktika tətbiqi mövcuddur.


Bəli, "İsgəndər" - yaxşı raketdir. Amma bir neçə məsələ var. Bu raketlərin halı nə yerdədir, onlar texniki vəziyyətdədirlər, onları kim idarə edir və nəhayət onlar onu tətbiq etmək tətbiq etmək iqtidarında olacaqlarmı?


Biz hərbi adamlar kimi həmişə ən pis variantı nəzərdən keçiririk, biz ona hazırıq. Düzdür, sizə dediyim raketləri biz  Rusiyadan almamışıq, lakin onların keyfiyyəti pis deyil. Və mən sizə deyim ki, biz vəziyyətin modelini hazırlamış, döyüş atıcılığı keçirmişik. Nəticə - əladır. Bu gün biz əminik ki, öz yaşayış məntəqələri və hərbi obyektlərimizi havadan raket hücumlarından qoruya bilərik."

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system