NAMAZ VAXTLARI:
  • FƏCR 05:37
  • GÜN 06:57
  • ZÖHR 12:25
  • ŞAM 18:10
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 2398
Zakir Fərəcovun yarmarkanı ləğv etməsi alverçilərin etirazı ilə qarşılandı - Video

Zakir Fərəcovun yarmarkanı ləğv etməsi alverçilərin etirazı ilə qarşılandı - Video

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda polis əməkdaşları ilə bir qrup vətəndaş arasında insident yaşanıb.

 

İslaminSesi xəbər verir ki, insidentin yaranmasına səbəb Sumqayıt Şəhər İcra Hakimiyyəti rəhbərliyinin şəhər ərazisində fəaliyyət göstərən yarmarkanı ləğv etməsi olub. Bu isə yarmarkada ticarətlə məşğul olan kiçik sahibkarların narazılığı ilə nəticələnib və onlar avtomobil yolunu bağlayıblar.

 

Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, yarmarkada çalışanların etirazına polis müdaxilə edib və onları ərazidən uzaqlaşdırıb.

 

Bununla yanaşı əməkdaşımıza qarşı da kobudluq edilib və onun öz vəzifə borcunu yerinə yetirməsinə imkan verilməyib. Belə ki, müxbirimiz yüksək rütbəli polis əməkdaşı tərəfindən zorla maşına əyləşdirilib və çəkiliş apardığı mobil telefonu əlindən alınaraq görüntülər silinib. Yalnız bundan sonra o sərbəst buraxılıb.

 

Qeyd edək ki, yarmarka ləğv olunsa da, hansı əraziyə köçürüləcəyi haqda heç bir məlumat verilməyib.  

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system