Yunanıstan Türkiyəni insan qaçaqçılığı etməkdə günahlandırıb

Oxundu: 104
Yunanıstan Türkiyəni insan qaçaqçılığı etməkdə günahlandırıb

Yunanıstanın Baş naziri Kiryakos Miçotakis Türkiyəni insan qaçaqçılığı etməkdə günahlandırıb.

“Milliyet”in yaydığı xəbərə görə, bu barədə o, Xarici İşlər Nazirliyi və Müdafiə Şurasının toplantısından sonra verdiyi açıqlamasında bildirib.

 

Miçotakis “Twitter” hesabında “Yunanıstanın sərhədləri Avropanın xarici sərhədidir. Biz onları qoruyacağıq. Siz geri qayıdacaqsınız” - deyib.


Qeyd edək ki, rəsmi Afinanın yeni immiqrasiya dalğası səbəbindən sığınacaq müraciətlərini bir ay müddətinə dayandırdığı bildirilir.


Xatırladaq ki, Türkiyə suriyalı qaçqınlar üçün Avropa sərhədini açıb./oxu.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system