NAMAZ VAXTLARI:
  • FƏCR 06:06
  • GÜN 07:30
  • ZÖHR 12:26
  • ŞAM 17:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Yumşaq pul siyasəti...

Oxundu: 1021
Yumşaq pul siyasəti...

Məhəmməd Talıblı: “Azərbaycanda uçot dərəcələri üçün 0,25%-lik azalma hadisə yaradacaq gücdə deyil”

 

Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 10%-dən 9,75%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin buna müvafiq olaraq +/-2% olması barədə qərar qəbul edib. İqtisadçı ekspertlərə görə, uçot stavkasını aşağı salmaqla Mərkəzi Bank (MB) kommersiya banklarının aktivlərini, xüsusən likvidliyini artırmağa çalışır. Eksperlərin sözlərinə görə, uçot dərəcələrinin aşağı salınmasında MB-nin öz əsaslandırması var. Çünki onun əlində bütün bank sektorundakı real vəziyyət barədə məlumatlar var. Buna görə də iqtisadi aktivlik zəif olanda iqtisadiyyatı gücləndirmək üçün Mərkəzi Bank uçot dərəcəsini aşağı salır.

 

Bəs AMB İdarə Heyətinin uçot dərəcəsinin 10%-dən 9,75%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin buna müvafiq olaraq+/-2% olması barədə qəbul etdiyi qərarın nə kimi əhəmiyyəti var? Bu qərarın bankların faiz dərəcəsinin azalması və iqtisadiyyatın real sektoru ilə əlaqəsinin olmasından danışmaq olarmı?

 

 İslamınsəsi" saytının sualını cavablandıran iqtisadçı ekspert Məhəmməd Talıblının sözlərinə görə, uçot dərəcələrinin dəyişdirilməsi Mərkəzi Bankın kredit siyasətini tənzimləmə vasitələrindən biridir: “Bu nisbi azalma kredit əlçatanlığını çətinləşdirməyəcək. Çünki 2-3%-lik uçot dərəcələri üçün xüsusi çəki yaradacaq səviyyədədir. Lakin 0,25%-lik azalma olduqca kiçik həddi ifadə edir. Bu, ABŞ-da uçot dərəcələri üçün hadisə yaradacaq gücdədir. Bizdə isə elə deyil. Bunun monetar siyasətin daraldıcı siyasəti ilə bağlılığı yoxdur. Sadəcə MB bununla demək istəyir ki, neytral pul siyasəti həyata keçirmir. Yumşaq pul siyasəti (faiz dərəcəsini aşağı həddə saxlamaqla) aparmaqla iqtisadi artıma əsas yaratmaq istəyir".

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İQTİSADİYYAT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system