NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:19
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Oxundu: 208
YPG Suriya Ordusunun Afrinə girməsinə rəsmi razılıq verib

YPG Suriya Ordusunun Afrinə girməsinə rəsmi razılıq verib

Hələbin şimalında Afrin rayonunu nəzarətəd saxlayan kürd YPG bölməsinin əli Qərbdən və Amerikadan üzüldükdən sonra Suriya Ordusunun bölgəyə girməsinə rəsmi razılıq verib.

İslaminSesi.info RT-ə istinadla xəbər verir ki, bu barədə Afrində YPG komandiri Siban Hamu məlumat verib.

 

O verdiyi müsahibədə bildirib ki , YPG Suriya Ordusunun Afrinə girməsinə razıdır.

 

YPG komandiri əlavə edib ki, “Suriya Ordusu Afrinin ölkə ərazisi olduğunu iddia edirsə onda gəlib buranı Türkiyənin işğalından qorumalıdır.”

 

Bundan öncə Afrində kürdlərin yerli icra orqanı da Suriya Ordusunun bölgəyə gəlməsini və Türkiyənin əməliyyatının qarşısını almasını istəmişdi.

 

Ekspertlərin fikrinə görə eyni təklifi Rusiya YPG-ə əməliyyat başlamamışdan öncə verib. Lakin Amerikanın təzyiqi ilə kürdlər Rusiyanın təklifinə getməyiblər.

 

Qeyd edək ki, Türkiyə “Zeytun Burağı” əməliyyatında 31 əsgərinin həlak olduğunu və qarşı tərəfdən isə 1400-ə yaxın silahlının zərərsizləşdirildiyini bildirib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system