NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Yol polisindən kobud qayda pozuntusu — Araşdırma başladı-VİDEO

Oxundu: 153
Yol polisindən kobud qayda pozuntusu — Araşdırma başladı-VİDEO

Azərbaycanda yol polisinin yol hərəkəti qaydalarını kobud şəkildə pozması kameralara düşüb.

İslaminSesi xəbər verir ki, görüntülərdə 99-YP-943 dövlət nömrə nişanlı, “BMW” markalı avtomobilin magistralda aşağı sürətlə yolun sol tərəfi ilə hərəkət etməsi əks olunub.
Yol polisi bu zaman qəza işıqlarını yandırıb və əli ilə sürücülərə onu sağ tərəfdən ötüb keçmələrini işarə edib.


“Yol hərəkəti haqqında” qanunda da qeyd olunur ki, yolun sağ zolağı boş olduğu halda sol zolaqla hərəkət etmək qadağandır. İnzibati Xətalar Məcəlləsində bu əmələ görə 327.1-ci maddə ilə 40 manat cərimə nəzərdə tutulur. Qanunun 51-ci maddəsinin II hissəsində isə deyilir ki, relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir.
Respublika Baş Dövlət Yol Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, faktla bağlı araşdırmalar başlanılıb.

/Olke.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system