Yol polisi sürücülərə və piyadalara müraciət edib

Oxundu: 86
Yol polisi sürücülərə və piyadalara müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin dəyişməsi ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib.

 

İdarədən bildiriblər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən dekabrın 2-dən etibarən ölkə ərazisində, xüsusilə Abşeron yarımadasında hava şəraitinin güclü küləklə müşayiət olunan kəskin dəyişməsi gözlənilir.

 

Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan hava şəraiti ilə əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərin və nəqliyyat vasitələrinin sahiblərinin diqqətinə çatdırır ki, yola çıxmazdan əvvəl mütləq nəqliyyat vasitələrinin texniki vəziyyətini nəzərdən keçirsinlər, aşkar olunan nasazlıqları aradan qaldırsınlar və mümkün qədər günün işıqlı vaxtı yola çıxmağa üstünlük versinlər.

 

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha diqqətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

 

Sürücülər, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməli, açıq ərazilərdə sürəti azaltmalı, qəfil manevr və ya kəskin tormozlama etməməli, zərurət olmadan ötmə əməliyyatı aparmamalıdırlar. Nəqliyyat vasitələrini irigövdəli ağaclardan habelə köhnə tikili obyektlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməlidir.

 

Küləkli hava şəraitində bütün hərəkət iştirakçıları, o cümlədən piyadalar daha da ehtiyatlı olmalı, yolun piyadalar üçün nəzərdə tutulmuş hissəsindən istifadə etməlidirlər.

 

Baş Dövlət Yol Polisi İdarəsi hər birinizə təhlükəsiz yol arzu edir/BAKU.WS

 
 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system