NAMAZ VAXTLARI:
  • FƏCR 05:11
  • GÜN 06:31
  • ZÖHR 12:32
  • ŞAM 18:49
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Yerevanda Sarkisyanın baş nazirliyinin əleyhdarları əsas avtomobil yollarını bağlayıb

"

İslaminSesi.info. Bazar ertəsi səhər Yerevanda Ermənistanın eks-prezidenti Serj Sarkisyanın baş nazir postuna irəli sürülməsinə etiraz edən camaat bir sıra əsas avtomobil yollarını bağlayıblar. Bu barədə "İnterfaks" agentliyinin" müxbiri xəbər verir.

Ötən gün nümayişçilərin hərəkətlərinə rəhbərlik edən Ermənistan milli məclisinin deputatı, "Yelk" müxalifət fraksiyasının rəhbəri  Nikol Paşinyan Yerevan sakinlərini "kütləvi vətəndaş itaətsizliyi aksiyaları" təşkil etməyə, küçələri bloklamağa, körpülərdə hərəkəti bağlamağa, metropolitenin işini pozmağa, bütün bank hesablarını sıfırlamağa çağırıb.

 

Hazırda şəhərin bir sıra rayonlarını mərkəzi ilə birləşdirən avtomobil yolları bağlanıb. Maşınlar yollarda sürücülər olmadan və qəza siqnalları qoşulmuş halda saxlanılıb. İnsanlar asfalt üzərinə uzanıb, avtomaşın və ictimai nəqliyyatı hərəkət etməyə qomur.

 

Şəhər mərkəzi üzrə hərəkət demək olar ki, dayandırılıb. Polis milli məclisə gedən Baqramyan prospektinə olan küçələri bağlayıb.

Paşinyan yerli camaata "Məqsədimiz parlament binasına qədər getməkdir", - deyib.

 

Aprelin 17-də Ermənistan milli məclisində Ermənistanın yeni baş naziri seçkilər keçiriləcək. Baş nazirliyə gələcək şəxs ölkədəni bütün gücü əlinə alacaq, çünki ölkə bir müddət öncə parlament idarəsi formasına keçib. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system