NAMAZ VAXTLARI:
  • FƏCR 05:35
  • GÜN 06:55
  • ZÖHR 12:26
  • ŞAM 18:13
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Yerevan: Etirazçılar hakimiyyət dəyişikliyi planını təqdim edib

Oxundu: 201
Yerevan: Etirazçılar hakimiyyət dəyişikliyi planını təqdim edib

İslaminSesiu bildirir ki, Serj Sarkisyanın Ermənistan hakimiyyətinin başında qalmasına qarşı izdihamlı mitinqdə çıxış edən etiraz hərəkatının lideri, Vətəndaş Müqaviləsi Partiyasının sədri və müxalif "Yelk" ("Çıxış") parlament fraksiyasının rəhbəri Nikol Paşinyan hakimiyyətin mükalimə təklifinə cavab verərək Sarkisyanın istefasına çağırıb.

"Əlbəttə, biz müəyyən məqamları müzakirə etməyə hazırıq", deyə, Nikol Paşinyan ölkə rəhbərliyinə "ultimatum"unu təqdim edib."Biz Serj Sarkisyanın istefası məsələsi ilə bağlı müəyyən şərtləri müzakirə edə bilərik. Yəqin mənimlə razı olarsınız ki, biz qisas istəmirik. Serj Sarkisyanın mümkün qədər tez istefa verməsi həm onun, həm də Ermənistan Respublikası üçün faydalı olar", - Paşinyan bəyan edib.

O, həmçinin Ermənistanda hakimiyyət dəyişikliyi planını təqdim edib.

Paşinyanın sözlərinə görə, ilk növbədə Serj Sarkisyan istefa verdikdən sonra Milli Məclis "xalq nümayəndəsini" baş nazir seçir və müvəqqəti hökumət formalaşdırılır.

"Qanuna əsasən, müvəqqəti hökumət formalaşdıqdan sonra 20 gün ərzində öz proqramını təqdim etməlidir. Lakin siyasi partiyalar, qabaqcadan öz aralarında razılaşaraq, bu proqramı qəbul etmirlər, və bu, növbədənkənar parlament seçkilərinə gətirər", - deyir Paşinyan.

"Biz hakimiyyətin sarsıntısız xalqa rahat ötürülməsini təmin etmək üçün bu proqramın müddəalarını [hakim] Respublikaçılar Partiyası ilə müzakirə etməyə hazırıq", - Paşinyan izah etdi.

Yeni seçkilərin əsas şərti, Paşinyanın sözlərinə görə, seçkilərin 100 faiz etibarlılığıdır: "İstər bu, istəsə bütün gələcək seçkilərdə ir qüvvə qalib gəlməlidir - Ermənistan xalqı.

Paşinyan "Ermənistan dövləti naminə", "Yox de Serjə" və özünün başçılıq etdiyi "Mənim addımım" ictimai hərəkatlarla artıq 9-cu gündür, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı etiraz aksiyalrını keçirir.

Nümayişçilər körpü və küçələri, eləcə də hökumət binalarını təcrid edirlər.

Etiraz iştirakçıları Serj Sarkisyanın ikinci beşillik prezidentlik müddəti başa çatdıqdan sonra baş nazir vəzifəsinə iddia etməyəcəyi vədini yerinə yetirməməkdə günahlandırırlar.

Bundan başqa, etirazçılar Sarkisyan prezident vəzifəsində olduğu 10 il ərzində seçki kampaniyası əsnasında verdiyi vədləri də yerinə yetirməyib.

Serj Sarkisyanın hökumətdə qalmasına qarşı etiraz tədbirlərinə Ermənistanın başqa şəhər və rayonlarında da birləşiblər.

Cümə axşamı Ermənistan prezidenti Armen Sarkisyan və hakim Ermənistan Respublikaçılar Partiyasının bir sıra nümayəndələri etirazçıları dialoqa çağırıblar (BBC).

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system