ÖLKƏ

Oxundu: 123
Yer kürəsinə təhlükəli asteroid yaxınlaşır

Yer kürəsinə təhlükəli asteroid yaxınlaşır

Dekabrın 16-da iri “Faeton” (3200) asteroidi Yer kürəsinə yaxınlaşacaq.

"İslaminSesi.info" xəbərinə görə, bu barədə NASA-nın saytında yerləşdirilən məlumatda bildirilir.

 

Diametri 4,8 kilometr olan səma cismi planetimizdən on milyon kilometr məsafədə keçəcək, bu da Yerlə Ayın arasında olan məsafədən 27 dəfə çoxdur. Qeyd olunur ki, növbəti belə yaxınlaşma 2093-cü ildə baş verəcək.

 

NASA-da “Faetonu” “potensial təhlükəli” səma cismləri kateqoriyasına aid edirlər. Əgər toqquşma baş versə, Yer kürəsinə ciddi ziyan dəyəcək. Günəş ətrafında fırlanan asteroid dörd planetin orbitindən keçir – Merkuridən Marsa qədər. Asteroidin mövcudluğu barədə 1983-cü ildə IRAS kosmik sputnikinin qeydə aldığı görüntülərdən sonra məlum olub.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system