ÖLKƏ
Oxundu: 505
Yeni sürücülük vəsiqələrinin verilməsinə başlanıldı
13:31, 11.01.2017
Sürücülük vəsiqəsinin verilməsi ilə bağlı "Yol hərəkəti haqqında" qanuna edilən əlavələr və dəyişikliklər artıq tətbiq olunur
Belə ki, sürücülər öz istəklərinə uyğun olaraq avtomat ötürücü qutusu olan nəqliyyat vasitələrini idarə etmək üçün nəzərdə tutulan sürücülük vəsiqəsi ala bilərlər.
"İslaminSesi" xəbər verir ki, bu barədə avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Məlumata görə, hətta bir neçə ay əvvəl nəzəri imtahan verən, lakin təcrübə imtahanından keçə bilməyənlər də rəsmi qaydada Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edərək təcrübə imtahanını avtomat ötürücü qutusu olan avtonəqliyyat vasitəsilə verə bilərlər. Bunun üçün imtahandan bir neçə gün əvvəl rəsmi qaydada müraciət etmək lazımdır. DYP imtahanın günü və vaxtı barədə vətəndaşa məlumat verəndən sonra imtahana qatılmaq olar. Lakin DYP həmin şəxslərin nəzərinə bir daha çatdırır ki, bu tipli sürücülük vəsiqəsi alanlar gələcəkdə mexaniki ötürücü qutusu olan nəqliyyat vasitəsini idarə edə bilməzlər. İdarə etsələr, onları 100 manat cərimə gözləyir.
Avtomat ötürücü qutusu olan nəqliyyat vasitələrini idarə etmək üçün imtahan verənlər, imtahandan uğurla keçdikdə onlara adi qaydada sürücülük vəsiqəsi verilir. Lakin bu vəsiqənin "Xüsusi qeydlər" bölməsində "avtomat t/r" sözləri yazılır. Bu isə o deməkdir ki, bu vəsiqə ilə yalnız avtomat transmissiyalı nəqliyyat vasitəsini idarə etməyə icazə verilir.
DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ
BÜTÜN XƏBƏRLƏR-
5-ə qədər saya bilmədiyi üçün azərbaycanlı ata uşağa işgəncə verdi – Dəhşət 22:01, 20.04.2018
-
Eldar Mahmudov və MTN-nin keçmiş idarə rəisi məhkəməyə verilib 16:50, 20.04.2018
-
Binəqədidə "BMW" yanıb 16:19, 20.04.2018
-
Sabah Azərbaycanda yeni baş nazir seçiləcək 15:51, 20.04.2018
-
Ombudsman məmurlara irad bildirdi 15:32, 20.04.2018
-
Sumqayıtda 18 yaşlı gənc itkin düşdü 15:19, 20.04.2018
-
Nazirlik Şamaxıda bələdiyyə sədrini cərimələdi 15:03, 20.04.2018
-
Bakıda yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib 14:46, 20.04.2018
FOTO XƏBƏR
BÜTÜN FOTO XƏBƏRLƏRVİDEO XƏBƏR
BÜTÜN VİDEO XƏBƏRLƏR
Bu şəxsi küçədə görsəniz dilənçi zənn edə bilərsiniz - 6 milyard dollara sahibdir

Berlin təxliyyə olunur -Yarımtonluq bomba aşkarlanıb

Bakıda dəhşətli hadisə: Falçı yanına gələn qızları zorlayıb, videoya çəkib -FOTOLAR

Corc Buşun seçkilərini saxtalaşdıran xakerin istintaq görüntüləri - İnanılmaz etiraf
ŞƏRH YAZIN