NAMAZ VAXTLARI:
  • FƏCR 04:24
  • GÜN 05:52
  • ZÖHR 12:39
  • ŞAM 19:45
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Yeni il ərəfəsində əfv olmayacaq

Oxundu: 303
Yeni il ərəfəsində əfv olmayacaq

Bu il Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində əfv sərəncamı imzalanmayacaq.

 

İslaminSesi xəbər verir ki, bu barədə Modern.az-a Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.

Komissiya üzvü bildirib ki, sonuncu əfv sərəncamı may ayında, Cümhuriyyətin 100 illiyi ərəfəsində verilib:

 

“Həmin sərəncamla 634 nəfər cinayət məsuliyyətindən azad edildi. Ona görə də bu tezliklə yeni sərəncamın veriləcəyini güman etmirəm. Amma təbii ki, əfvlə bağlı bütün səlahiyyətlər Prezident İlham Əliyevdədir. Ölkə başçısı istədiyi vaxt belə bir sərəncam verə bilər”.

 

Ə.Nuriyev qeyd edib ki, daimi olaraq, Komissiyaya müraciətlər ünvanlanır:

 

“Müraciətlər ayrı-ayrı şəxslərdən, onların vəkillərindən, eyni zamanda deputatlardan və s. gəlir. Amma Komissiyanın toplanması, ilin sonunda yeni bir sərəncamın imzalanacağını real hesab etmirəm”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system