NAMAZ VAXTLARI:
  • FƏCR 03:34
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:20
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

SİYASƏT

Oxundu: 395
Yeni hökumətə bu nazirlər və komitə sədrləri təyin olunub - SİYAHI

Yeni hökumətə bu nazirlər və komitə sədrləri təyin olunub - SİYAHI

Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılıb.

İslaminSesi APA-nın məlumatına istinadən bildirir ki,  28-ci hökumətdə təmsil olunmuş daxili işlər naziri Ramil Usubov, energetika naziri Pərviz Şahbazov, ədliyyə naziri Fikrət Məmmədov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadiyyat naziri Şahin Mustafayev, maliyyə naziri Samir Şərifov, müdafiə naziri Zakir Həsənov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, vergilər naziri Mikayıl Cabbarov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov, gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət naziri Əbülfəs Qarayev, müdafiə sənayesi naziri Yavər Camalov, səhiyyə naziri Oqtay Şirəliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 29-cu hökumətdə də eyni vəzifələrə təyin ediliblər.

 

Ötən hökumətin ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, kənd təsərrüfatı naziri Heydər Əsədov və baş nazirin müavinləri Elçin Əfəndiyev, İsmət Abbasov və Abid Şərifov yeni hökumətdə təmsil olunmayıblar.

 

 

Azərbaycanın 29-cu hökumətində yeni şəxslər – kənd təsərrüfatı naziri İnam Kərimov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, təhsil naziri Ceyhun Bayramov,Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və yeni yaradılmış Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev olub.

 

Baş nazirin daha bir müavini vəzifəsinə Bakının keçmiş meri Hacıbala Abutalıbov təyin olunub.  

 

Nazirlər Kabinetinin tərkibində yeni yaradılmış Əqli Mülkiyyət Agentliyi və Milli Arxiv İdarəsinə isə yeni təyinat olmayıb.  

 

Xatırladaq ki, Milli Arxiv İdarəsinin rəisi vəzifəsini Ataxan Paşayevtutub. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system