NAMAZ VAXTLARI:
  • FƏCR 06:27
  • GÜN 07:54
  • ZÖHR 12:34
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Yeni Ələt-Astara yolunda qəza törədən sürücü ağır xəsarət alıb

Oxundu: 282
Yeni Ələt-Astara yolunda qəza törədən sürücü  ağır xəsarət alıb

Yeni istifadəyə verilmiş Ələt-Astara-İran sərhəd avtomobil yolunun Salyan rayonu ərazisində bu gün ağır qəza baş verib.

"İslaminSesi.info" -nın  məlumatına görə,  Astara sakini 64 yaşlı Sara Paşa qızı Cabbarovanın yüksək sürətlə idarə etdiyi 90 SE 876 dövlət nömrə nişanlı  “Mercedes ML 320” markalı minik avtomaşın ötmə əməliyyatı edərkən qarşısında gedən  yük maşınının qoşqusunun təkərlərinə dəyib. Nəticədə qadın sürücünün idarə etdiyi minik maşını idarəetməni itirərək beton yol ayrıcına çırpılıb. Hadisə nəticəsində ağır kəllə-beyin travması alan Sara Cabbarova Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sürücü qadının ağır şəkər xəstəsi, 1-ci qrup əlil olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system