NAMAZ VAXTLARI:
  • FƏCR 04:23
  • GÜN 05:53
  • ZÖHR 12:45
  • ŞAM 19:54
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Yəmənlilərin DƏHŞƏTLİ HƏYATI - İnsanlar ot yeməklə dolanır /VİDEO/

Oxundu: 350
Yəmənlilərin DƏHŞƏTLİ HƏYATI - İnsanlar ot yeməklə dolanır /VİDEO/

Müharibə və blokada şəraitində yaşayan yəmənlilər yemək əvəzinə ağac yarpaqlarıyla qidalanırlar.

İslaminSesi-nin alalamtv.net-ə istinadən verdiyi xəbərə görə, bu haqda Deutsche Welle və Associated Press telekanallarının hazırladığı videomaterialda danışılır.

 

Təqdim olunan süjetdə Yəmən əhalisinin acınacaqlı həyat tərzi göstərilir.

 

Kadrlardan göründüyü kimi, Əslən məntəqəsinin sakinləri ağacın yarpaqlarını yığır, yuyur, qaynadır və yemək əvəzinə istifadə edir.

 

Su və yemək qıtlığı Yəmən camaatını ölümlə üz-üzə qoyur. Sakinlərin sözlərinə görə, onları yaşadan ağacların yarpağı və yağış suyudu.

 

Sağlam qida məhsullarının olmaması, vəba kimi yoluxucu xəstəliklərin yayılması, antisanitariya və dərmanların yoxluğu bir çoxlarının, xüsusən uşaqların, ölümünə səbəb olub.

 

Qeyd edək ki, 4 ildən çoxdur ki, Səudiyyə Ərəbistanı və rəhbərlik etdiyi koalisiya ordusu Yəmən xalqına qarşı işğalçılıq siyasəti aparır. Yəmənlilər qarşısında üstünlük əldə etməyi bacarmayan koalisiya qüvvələri ölkə ərazisində dinc əhalinin olduğu məntəqələrə avia zərbələr endirilər.

 

Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ və Avropa ölkələrinin dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır və  bu ölkəyə humanitar yardımın yolunu da bağlayıb.

 

21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır.

 

Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi "Ənsarullah" hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparır.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system