DÜNYA

Oxundu: 286
Yəmənlilər Səudiyyəhinin mərkəzi hərbi qərargahına ballistik raket atıblar

Yəmənlilər Səudiyyəhinin mərkəzi hərbi qərargahına ballistik raket atıblar

Yəmən Ordusunun “Raket Qüvvələri” Səudiyyə Ərəbistanın Cizan əyalətində bu ölkə ordusunun mərkəzi hərbi qərargahlarından birinə ballistik raketi atıblar.

İslaminSesi.info bu barədə əl-Məsira telekanalına istinadla xəbər verir.

 

Yəmən Ordusunun “Raket Qüvvələri”ndəki mənbələri ballistik raketin hədəfi dəqiq vurduğunu deyiblər.

 

Məlumata görə ballistik raket “Qahir M2” tiplidir.

 

Yəmən Ordusu Səudiyyə və koalisiyasının ölkəyə mudaxiləsindən (mart 2015) sonra ballistik raketlər proqramını genişləndirib və inkişaf etdirib. Məlumata görə  yəmənlilər “Zilzal1, 2, 3”, “Qahir1, 2, M2”, “Burkan1, 1H”, və “əl-Məndib” kimi yaxın və orta mənzilli ballistik raketlər istehsal etməyə müvəffəq olublar.

 

Ötən ay yəmənlilər Burkan ballistik raketi ilə Səudiyyənin paytaxtında beynəlxalq ər-Riyad hava limanını dəqiq vura bilmişdi.

 

ABŞ bu raketin qalıqlarını nümayiş etidirərək, onun İrandan gəldiyini idda edib. Lakin BMT bu raketin İran mənşəli olmasında bir sübutun olmadığını deyib.

 

Husilər isə elan ediblər ki, onların İrandan raket idxal etməyə imkanları olsaydı ballistik raket yox havadan müdafiə raketləri idxal edərdilər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system