NAMAZ VAXTLARI:
  • FƏCR 06:31
  • GÜN 07:58
  • ZÖHR 12:37
  • ŞAM 17:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Yəmənlilər pilotsuz təyyarə ilə Səudiyyə paytaxtında neft şirkətini hədəfə alıblar

Oxundu: 1225
Yəmənlilər pilotsuz təyyarə ilə Səudiyyə paytaxtında neft şirkətini hədəfə alıblar

Yəmənlilər daha bir ilkə imza atıblar. Onların yeni ərsəyə gətirdiyi pilotsuz təyyarələri 1000 km-dan artıq məsafəni qət edərək, Səudiyyənin paytaxtında hava zərbələri həyata keçiriblər.

İslaminSesi.info əl-Məyadin telekanalına istinadla xəbər verir ki, bu barədə Yəmən Hava Qüvvələrinin rəsmi sözçüsü Tayyar Abdullah əl-Cəfəri məlumat verib.

 

Bildirilib ki, 1000 kmdan artıq məsafə qət edən pilotsuz təyyarələrin hava zərbələri nəticəsində ər-Riyadda Səudiyyə-Amerika nefti şirkəti olan ARAMCO-nun neft çənlərində yanğın baş verib.

 

Səudiyyə Ərəbistanın rəsmi mənbələri ARAMCO-da yanğının baş verməsini təsdiqləyiblər.

 

Husilərlə müttəfiq olan Yəmən Ordusunun hərbi rəsmisi Tayyar Abdullah əl-Cəfərinin sözlərinə görə bu əməliyyat yeni ərsəyə gətirilən Sammad-2 pilotsuz təyyarəsi ilə həyata keçirilib.

 

Yəmənin hərbi rəsmisi belə bir əməliyyatın uğurla həyata keçirilməsini Səudiyyə Ərəbistanın havadan müdafiə sistemlərinin iddia edildiyi kimi yetərli olmadığını vurğulayıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system