NAMAZ VAXTLARI:
  • FƏCR 04:23
  • GÜN 05:53
  • ZÖHR 12:45
  • ŞAM 19:54
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Yəmənlilər cavab olaraq Səudiyyənin Taif və Ciddə şəhərinə ballistik raketlər atıb (VİDEO)

Oxundu: 185
Yəmənlilər cavab olaraq Səudiyyənin Taif və Ciddə şəhərinə ballistik raketlər atıb (VİDEO)

Yəmən Ordusu və "Xalq Komitələri" Yəmənin Taif və Ciddə şəhərlərinə bir neçə ballistik raket atıblar.

 

"İslaminSesi" bildirir ki, əl-Məsira telekanalının məlumatına görə , Yəmən Ordusu və "Xalq Komitələri" (husilər) sərhəddən 800 km uzaqda yerləşən Ciddə və Taif şəhərlərini ballistik raketlərlə hədəfə alıblar.

 

Səudiyyə Ərəbistanın rəsmi media qurumları bütün raketlərin havada ikən vurulduğunu bildiriblər.

Fəallar Ciddə şəhəri səmasında Yəməndən atılan bir raketin havadan müdafiə sistemləri ilə vurulmasının görüntülərini yayımlayıblar.

 

Qərargahı paytaxt Sənada yerləşən Yəmən Ordusu ötən gün bildirib ki, Səudiyyə və koalisiyasına qarşı yeni strategiya nəzərdə tutub və bundan sonra qarşı tərəfin 300 həyati obyektini hədəfə alacaq.SalamNews 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system