Yəmənin ərəbistanın neft təsisatlarına qarşı əməliyyatının yeni detalları

Oxundu: 75
Yəmənin ərəbistanın neft təsisatlarına qarşı əməliyyatının yeni detalları

Yəmən silahlı qüvvələrinin sözçüsü bu ölkənin ərəbistanın neft təsisatlarına qarşı PUA əməliyyatının yeni detallarını təqdim edib

 

İslaminSesi.info xəbər verir ki, Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya əl-Səri  mətbuat konfransında bildirib:

Ərəbistanın milli neft şirkəti təsisatlarının hədəfə alınması dəqiq hava müşahidəsindən sonra Yəmənin yerli pilotsuzları tərəfindən həyata keçirilib və onunla bağlı sənədlər də ilk dəfə olaraq təqdim edilir.

 

Həmçinin Yəhya əl-Səri, "Yəmənin yeni pilotsuzları kasset başlıq ilə təchiz olunmuş dörd raket daşımaq qabiliyyətinə malikdir" deyə əlavə edib.

 

 

Yəmən silahlı qüvvələrinin sözçüsü ərəbistanın energetika nazirinin bu ölkənin neft hasilatının öz adi prosesinə qayıtmasına dair iddiasına reaksiya bildirərək deyib ki, Aramko-ya vurulmuş xəsarətlər səud başçılarının dediklərindən çox böyükdür.

 

Yəhya əl-Səri ərəbistan və əmirliklər başda olmaqla Yəmənə təcavüz etmiş ölkələrə üzünü tutaraq, yəmənlilər düşmənə cavab verməkdən çəkinməyəcəklər deyə əlavə edib. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system