NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 270
Yəmənə müdaxilə edən Birləşmiş Ərəb Əmirliyinin 12 hərbçisi ölüb

Yəmənə müdaxilə edən Birləşmiş Ərəb Əmirliyinin 12 hərbçisi ölüb

Yəmənə müdaxilə edən BƏƏ-nin 12 əsgəri döyüş zamanı ölüb. Onların arasında zabitlər də var.

İslaminSesi.info əl-Məsira telekanalına istinadla xəbər verir ki, bu barədə Yəmənin Müdafiə Nazirliyi bəyanat verib.

 

Bildirilib ki, Təiz şəhərinin cənub-şərqində gedən döyüşlər zamanı Yəmən Ordusu və “Xalq Komitələri” Səudiyyənin koalisiyasının qüvvələrini mühasirəyə salıb.

 

Burada BƏƏ-nin canlı qüvvələrinin olduğu 8 zirehli maşın və hərbi texnika partladılıb. Nəticədə aralarında zabitlər də olmaqla 12 BƏƏ hərbçisi ölüb.

 

Bu əməliyyat zamanı Abdu-Rabbih Mansur Hadinin qüvvələrindən onlarla döyüşçü ölüb və yaralanıb.

 

Səudiyyə və koalisiyası 2015-in mart ayından Yəməndə legitimliyi dəstəkləmək bəhanəsilə bu ölkəyə hücum ediblər.

 

Səudiyyə Ərəbistanı koalisiyası hələ də əldə etmək istəydiyi nəticəyə yaxınlaşa bilməyib. Bu hücum nəticəsində 20 min civarında mülki şəxs həlak olub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system