Yəməndə Səudiyyənin "Tornado" qırıcısı məhv edildi - VİDEO

Oxundu: 143
Yəməndə Səudiyyənin

Mərkəzi qərargahları paytaxt Sənada yerləşən Yəmən Silahlı Qüvvləri Səudiyyə Ərəbistanı hərbi koalisiyasına məxsus bir Tornado qırıcısını vuraraq yerə salıb.

Əl-Məsira telekanalı xəbər verir ki, bu barədə Mərkəzi qərargahları paytaxt Sənada yerləşən Yəmən Silahlı Qüvvlərinin mətbuat katibi briqada generalı Yəhya Səri açıqlama verib.

 

Bildirilib ki, "Yəmənin havadan müdafiə qüvvələri yeni inkişaf etdirilmiş silahla əl-Couf əyaləti ərazisində Səudiyyə koalisiyasının bir ədəd Tornado qırıcısını vuraraq yerə salıb."


Y. Sərinin sözlərinə görə "ölkə silahlı qüvvələri Yəmən səmasına təcavüz edən bütün düşmən təyyarələrini hədəfə alacaq."


Qeyd edək ki, Səudiyyə Ərəbistanı və koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb./SalamNews/

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system