Yəmən ordusu Mərib vilayətində hərbi bazaya zərbə endirdi - 100 ölü, 100-dən artıq yaralı

Oxundu: 171
Yəmən ordusu Mərib vilayətində hərbi bazaya zərbə endirdi - 100 ölü, 100-dən artıq yaralı

Dünən “Ənsərullah” hərəkatı Yəmənin Mərib vilayətindəki Səudiyyə Ərəbistanı muzdlularının yerləşdiyi hərbi düşərgəyə ballistik raket zərbəsi endirib.

İslaminSesi xəbər verir ki, ballistik raket zərbəsi nəticəsində 100 Səudiyyə dəstəkli hərbçi ölüb, 100-dən artığı isə yaralanıb. 

 

Xatırladaq ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb. Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur. Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər./eastnews.org/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system