Yəməndə Hadi tərəfdaşları ilə Keçid Şurası arasında silahlı töqquşma baş verib

Oxundu: 72
Yəməndə Hadi tərəfdaşları ilə Keçid Şurası arasında silahlı töqquşma baş verib

Yəməndə Səudiyyə dəstəkli Mansur Hadi höküməti tərəfdaşları ilə BƏƏ dəstəkli Keçid Şurası nümayəndələri arasında silahlı toqquşma baş verib.

 

İslaminSesi-nin Yemen sahafah24-ə istinadən verdiyi xəbərə görə iki qruplaşma arasında toqquşma ölkənin cənubunda yerləşən Ədən şəhərində baş verib. Yaralıların olduğu bildirilir.

 

BƏƏ-nin dəstəklədiyi Cənubi Keçid Şurası, Ər-Riyad razılaşmasının icrasına mane olan Hadi qüvvələri tərəfindən təxribatlar törədildiyini bildirib.

 

Xatırladaq ki, Yəmənə 3 hökümət nəzarət edir: Şimalda, paytaxt Sanada Husilər, Cənubda müstəqil olamq istəyən, BƏƏ-nin dəstəklədiyi Keçid Şurası və Səudiyyənin dəstəklədiyi Mansur Hadi höküməti.

 

Qeyd edək ki, bu il noyabırın 5-də Səudiyyənin təklifi ilə ər-Riyadda Mansur Hadi höküməti və Keçid Şurası arasınada Husilərə qarşı birgə mübarizə aparmaq haqqında saziş imzalamışdı.

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system