NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

SİYASƏT

Oxundu: 1956
“Yəməndə baş verən hadisələr Qərb və ABŞ-ın geosiyasi maraqlarından qaynaqlanır”

“Yəməndə baş verən hadisələr Qərb və ABŞ-ın geosiyasi maraqlarından qaynaqlanır”

Akif Heydərli: “Güc mərkəzləri Yəməndə baş verən hadisələrə biganə yanaşmaqla, Səudiyyə rejimini qorumağa çalışırlar”

 

Artıq bir neçə ildir ki, Səudiyyə Ərəbistanı və koalisiyası Yəmənə qarşı hücumlar təşkil edərək dinc insanları qətlə yetirir. Koalisiya qüvvələrinin  Yəmənin əl-Hudeyda şəhərini döyüş bölgəsinə çevirmək cəhdləri isə daha böyük faciələrə yol aça bilər. Belə ki, bu şəhərin döyüş bölgəsinə çevrilməsi, Yəməndə azı 8 milyon insana humanitar yardımların çatdırılmasını əngəlləyə bilər. Dünya dövlətləri və böyük güclər isə Səudiyyənin Yəməndə törətdiyi qətliama hələ də susur və ikili standartlardan yanaşır.

 

Bu ikili standartların səbəbləri haqda “İslaminSesi” nə danışan politoloq Akif Heydərli maraqlı mətləblərə diqqət yönəldib. Akif Heydərli bildirib ki, Ərəb dünyasında baş verən hadisələr təsadüfi deyil: “ Çünki Yaxın Şərqdə və Yəməndə baş verən hadisələr güc mərkəzlərinin, xüsusən də Qərb və ABŞ-ın geosiyasi və geostrateji maraqlarından qaynaqlanır. Burada məqsəd ərəb dünyasını susdurmaq, Səudiyyə kral rejiminin qorunub –saxlanmasını təmin etməkdir. Çünki Səudiyyə Ərəbistanı ABŞ iqtisadiyyatının inkişafı üçün kifayət qədər maliyyə ayırır. Həmçinin ABŞ-da minlərlə iş yerlərinin açılması üçün böyük investisiyalar yatırır. Bəzi Ərəb ölkələrində, xüsusən də Yəməndə xalqın diktaturaya qarşı etirazı , Səud rejiminə qarşı yönələ, bu rejimin devrilməsini gerçəkləşdirə bilər. Məhz bu səbəbdən də güc mərkəzləri Yəməndə baş verən hadisələrə biganə yanaşmaqla, Səudiyyə rejimini qorumağa çalışırlar”.

 

 Akif Heydərlinin sözlərinə görə, Yəməndə dinc insanların qətliamı, ümumilikdə Ərəb dünyasının susdurulmasına xidmət edir: “ Lakin Ərəb dünyası artıq oyanmaq üzrədir. Kral hakimiyyətinə qarşı artıq etirazçı qüvvələr yönəlməkdədir. Bunun qarşısını almaq isə mümkün deyil”.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system