Yəmən silahlı qüvvələri Səudiyyənin silah anbarını vurdu

Oxundu: 89
Yəmən silahlı qüvvələri Səudiyyənin silah anbarını vurdu

Yəmən silahlı qüvvələri ölkənin Muxa şəhərində mövcud olan Səudiyyə Ərəbistanına məxsus təchizat anbarını hədəf alıb.

 

İslaminSesi.info almayadeen-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin sözçüsü Vadah Əl-Dabeişin bildirdiyinə görə Yəmən Xalq və Ordu qüvvələri kolisiyaya məxsus hərbi təchizat anbarını ballistik raketlə vurub.

 

Əl-Dabeişin bildirdiyinə görə 4 raket atılıb. Raketin biri təchizat anbarına düşüb. Ölü və yaralılar vardır.

 

Həmçinin mənbənin bildirdiyinə görə koalisiya qüvvələri də şimal-qərbdə yerləşən Həcc əyalətindəki Harad şəhərinə hava hücumları təşkil edib. Bir qadının yaralandığı bildirilir.

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system