Yəmən Səudiyyədəki əcnəbilərə xəbərdarlıq etdi: Çəkilmiş dairəmizdən çıxın!

Oxundu: 79
Yəmən Səudiyyədəki əcnəbilərə xəbərdarlıq etdi: Çəkilmiş dairəmizdən çıxın!

Yəmənlilər Səudiyyə Ərəbistanındakı əcnəbilərə təhlükə barədə xəbərdarlıq edib.

 

Yəmən Silahlı Qüvvələrinin nümayəndəsi Səudiyyə Ərəbistanındakı xarici vətəndaşlara ölkəni tərk etmək barədə xəbərdarlıq edib, hər an Səudiyyə Ərəbistanının istənilən nöqtəsi hədəflənə bilər.

 

İslaminSesi.info  farsnews-a istinadən xəbər verir ki, Silahlı Qüvvələrin mətbuat katibi general Yəhya Sərii bu barədə sosial şəbəkələr vasitəsi ilə xəbərdarlıq edib.

 

Abqaiq və Xurays emal zavodlarının yeni mühərrikli təyyarələr vasitəsi ilə vurulduğunu diqqətə çatdıran sözcü, “Biz Səudiyyə rejminə xəbərdarlıq edirik ki, bizim əlimiz uzundur və istədiyim vaxt əlimizi ölkənizin istənilən nöqtəsinə çatdırmağ gücündəyik” deyə həm səudiyyəliləri, həm də Səudiyyədə olan əcnəbiləri təhlükə ilə əlaqədar xəbərdarlıq edib.

 

Səudiyyə Ərəbistanına müraciət edən sözcü, Yəmən ordusu istədiyi nöqtəni hədəfə ala bilər, Ər-Riyad hesablamalarını yenidən nəzərdən keçirməli və Yəmən hücumuna son verməlidir deyə bildirib.

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system